• $
  • €
  • ₽
  • ₺
  • £

Hakim bəraət hökmünün hansı hallarda çıxarıldığını açıqlayıb

Hakim bəraət hökmünün hansı hallarda çıxarıldığını açıqlayıb
29.06.2026 13:12

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və onun şərti məhkumetmədən hüquqi fərqini izah edib.

Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin məhkəmədə sübuta yetirilmədiyi hallarda çıxarılır. O bildirib ki, Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü dörd halda verilə bilər: cinayət hadisəsi olmadıqda, şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədikdə, şəxsin cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmədikdə və ya təqsirliliyi sübut olunmadıqda.

Murad Aslanov qeyd edib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs hüquqi baxımdan təqsirsiz hesab edilir.

Hakim nümunə olaraq bildirib ki, əgər şəxs oğurluqda ittiham olunsa, lakin məhkəmə araşdırması zamanı onun hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.

Onun sözlərinə görə, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Məhkəmə təqdim olunan bütün sübutları müstəqil araşdırır, onların qanuni yolla əldə edilib-edilmədiyini və etibarlılığını qiymətləndirir, yalnız bundan sonra yekun qərar qəbul edir.

Murad Aslanov bildirib ki, məhkəmə baxışı zamanı istintaq mərhələsində qanun pozuntuları, şəxslərin hüquqlarının pozulması və ya prosessual tələblərin yerinə yetirilməməsi aşkar edilərsə, məhkəmə bununla bağlı xüsusi qərar çıxararaq məsul şəxslər barəsində tədbir görülməsini tələb edə bilər.

Hakim həmçinin cəmiyyətdə tez-tez qarışdırılan şərti məhkumetmə ilə bəraət hökmü arasındakı fərqə də aydınlıq gətirib.

Onun sözlərinə görə, şərti məhkumetmə zamanı məhkəmə şəxsi təqsirli hesab edir və cəza təyin edir, lakin həmin cəzanın icrası müəyyən sınaq müddətinə bağlanır. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir və şəxs tam şəkildə təqsirsiz hesab olunur.

Hakim vurğulayıb ki, qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək ifadələrin işlədilməsini də qadağan edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol