• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada sel içməli su xəttlərini yuyub aparıb, əhaliyə su maşınlarla verilir- VİDEO

Zaqatalada sel içməli su xəttlərini yuyub aparıb, əhaliyə su maşınlarla verilir- VİDEO
09.07.2026 12:29

Zaqatalada yağan intensiv leysan yağışlarının yaratdığı sel şəhərin içməli su təchizatı infrastrukturuna ciddi ziyan vurub, nəticədə əsas su mənbələrindən anbarlara suyun verilməsi dayandırılıb. Bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Şəhərin əsas içməli su mənbələrindən biri olan Zilbançayda suyun bulanıqlığı normadan dəfələrlə yüksək olduğundan mövcud təmizləyici qurğular suyu tələb olunan keyfiyyətə çatdıra bilmir. Bu səbəbdən istehlakçılara bulanıq suyun verilməsinin qarşısını almaq məqsədilə həmin mənbədən suyun qəbulu müvəqqəti dayandırılıb.

Digər əsas mənbə olan Meşləş-Talaçay istiqamətində isə güclü sel suqəbuledici qurğulara və magistral su xətlərinə ciddi ziyan vurub. Sel nəticəsində filtrlərin qapaqları sıradan çıxıb, quyulara və su xətlərinə iri həcmdə daş, qum və digər gətirmələr dolub. Əraziyə giriş mümkün olmadığından bu mənbədən də suyun ötürülməsi tam dayanıb.

Mövcud vəziyyətlə əlaqədar Zaqatala şəhərinin içməli su təchizatı müvəqqəti olaraq alternativ qaydada təşkil edilib. Şəhər sakinlərinə əvvəlcədən müəyyən edilmiş qrafik əsasında xüsusi su maşınları ilə içməli su çatdırılır.

Su təchizatının təmin olunmasına Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və digər aidiyyəti qurumların texnikası cəlb edilib. Xəstə, ahıl, əlilliyi olan və digər həssas kateqoriyadan olan şəxslərin ünvanlarına içməli su birbaşa çatdırılır.

Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əraziyə giriş bərpa olunduqdan sonra zədələnmiş suqəbuledici qurğuların və digər infrastrukturun təmirinə başlanılacağı bildirilib.

Son günlər Azərbaycanın şimal-qərb bölgəsində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda sululuq artıb, bir sıra yaşayış məntəqələrində sel və daşqınlar qeydə alınıb. 

 

 

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol