• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi dövlət, ailə və məktəbin birgə məsuliyyətidir - deputat

Sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi dövlət, ailə və məktəbin birgə məsuliyyətidir - deputat
09.07.2026 15:28

Süni intellekt və rəqəmsal platformaların inkişafı ilə yanaşı, uşaqlar və yeniyetmələr üçün internet və sosial şəbəkələrdə yaranan risklərə qarşı daha güclü müdafiə mexanizmləri formalaşdırılmalıdır. Bunu Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, uşaqlar gündəlik həyatlarının mühüm hissəsini sosial şəbəkələrdə keçirir, burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Bununla yanaşı, kibertəzyiq, təhqir, alçaldıcı rəylər və psixoloji təzyiq onların emosional sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Arzu Nağıyevin sözlərinə görə, kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və daha ağır psixoloji nəticələrə səbəb ola bilər. O, həmçinin zorakılıq, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və yaşa uyğun olmayan digər məzmunun uşaqların psixoloji inkişafına mənfi təsir etdiyini vurğulayıb.

Deputat şəxsi məlumatların təhlükəsizliyini də mühüm problem kimi qiymətləndirib. Onun sözlərinə görə, uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və olduqları məkanı düşünmədən paylaşırlar ki, bu da kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər.

Arzu Nağıyev bildirib ki, saxta foto, video və səs yazıları yaradan texnologiyalar, avtomatik hazırlanmış manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını daha da çətinləşdirir.

Deputat hesab edir ki, problemin həlli yalnız bir qurumun üzərinə düşmür və burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.

Onun fikrincə, valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Məktəblərdə isə kibertəhlükəsizlik mövzularına daha geniş yer ayrılmalı, şagirdlərə məlumatın doğruluğunu yoxlamaq, şəxsi məlumatlarını qorumaq və sosial şəbəkələrdə etik davranmaq vərdişləri aşılanmalıdır.

Arzu Nağıyev əlavə edib ki, sosial şəbəkə platformaları süni intellekt imkanlarından istifadə etməklə zərərli məzmunun daha operativ aşkarlanmasını və uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini təmin etməlidirlər.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol