• $
  • €
  • ₽
  • ₺
  • £

Son 14 ildə "ASAN xidmət" mərkəzlərində 9,2 milyon vətəndaşa xidmət göstərilib

Son 14 ildə "ASAN xidmət" mərkəzlərində 9,2 milyon vətəndaşa xidmət göstərilib
10.07.2026 11:42

Son 14 ildə "ASAN xidmət" mərkəzlərində 9,2 milyon vətəndaşa xidmət göstərilib.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2012-ci ildən bu günə ümumilikdə 100 milyon xidmət göstərilib:

"Hər ötən il həm xidmətlərin sayı, həm də xidmətlərdən yararlanan vətəndaşların sayı artır. Azərbaycanın əhalisi 10 milyondan bir qədər çox olsa da, artıq 9 milyon 200 min vətəndaş "ASAN xidmət"dən istifadə edib. Bu isə o deməkdir ki, demək olar, hər bir vətəndaş "ASAN xidmət"ə orta hesabla 9–10 dəfə müraciət edib".

Mehdiyev bildirib ki, bu gün "ASAN xidmət"də vətəndaş məmnuniyyəti 99,9 faiz təşkil edir:

"ASAN xidmət"də çalışan əməkdaşların şəffaflıq, sıfır bürokratiya, operativlik və hər kəs üçün əlçatan xidmət prinsiplərinə sadiqliyi sayəsində bu yüksək vətəndaş məmnuniyyətinə nail olunub. Bu gün də şahidi olduğumuz kimi, 100 milyonuncu xidmət göstərilən vətəndaş cəmi 10 günlük körpədir. Arzu edirik ki, o da gələcəkdə ailəsinə, xalqına və dövlətinə faydalı bir şəxsiyyət kimi yetişsin".

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol