• $
  • €
  • ₽
  • ₺
  • £

Osman Gündüz məktəblərdə telefonların yığılmasına qarşı çıxıb

Osman Gündüz məktəblərdə telefonların yığılmasına qarşı çıxıb
15.07.2026 16:34

Məktəblərdə şagirdlərin mobil telefonlarının dərs gününün sonunadək xüsusi şkaflarda saxlanılması düzgün yanaşma deyil və telefon tədris prosesinin bir hissəsinə çevrilməlidir. Bunu  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.


“Telefon uşağın tədris aləti olmalıdır. Təhsil Nazirliyi isə deyir ki, telefonu şkafa yığıb bağlayacaq və məktəbdən çıxanda uşağa verəcək. Mən bunun əleyhinəyəm”, – Gündüz deyib.


Onun sözlərinə görə, şagirdin dərs zamanı telefondan başqa məqsədlərlə istifadə etməsinin qarşısını ala bilməmək texnologiya ilə deyil, müəllimin sinfi idarə etməsi ilə bağlı problemdir.
“Əgər müəllim uşağın öhdəsindən gəlmirsə, bu, müəllim problemidir, telefon problemi deyil. Müəllimin problemini həll etmək üçün telefonu şkafa yığmaq doğru deyil”, – o bildirib.
Gündüz qeyd edib ki, mobil telefon geniş məlumat və təhsil imkanları yaradan vasitədir və müəllimin nəzarəti altında dərslərdə istifadə olunmalıdır.


“Telefon gözəl alətdir, hər şey onun içindədir. Onu şkafa qoymaq düzgün yanaşma deyil. Telefon tədris prosesinin tərkib hissəsi olmalıdır”, – ekspert deyib.


Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev qərar imzalayıb.


Qaydalara əsasən, şagirdlərin mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan dərs və məşğələlər zamanı istifadəsi qadağan olunur.
Məktəbə gətirilən cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi mobil qutu, şkaf və digər xüsusi yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Şagirdlər müəllimin icazəsi və nəzarəti ilə elektron dərs materiallarından istifadə, təqdimat və tədqiqat işlərinin hazırlanması kimi tədris məqsədləri üçün cihazlardan köməkçi vasitə kimi istifadə edə biləcəklər.

Mobil cihazlardan məktəb ərazisində təbii fəlakət, digər fövqəladə hallar və sağlamlıq vəziyyəti ilə bağlı informasiya mübadiləsi kimi zəruri hallarda istifadəyə də icazə veriləcək.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol