• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xarici sularda çalışan dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırıb

Azərbaycan xarici sularda çalışan dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırıb
16.07.2026 13:46

Dövlət Dəniz və Liman Agentliyi xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərə təhlükəsizlik riskləri yüksək olan bölgələrə səfərlərdən çəkinmələri ilə bağlı çağırış edib. 

Qurumun məlumatında bildirilir ki, son aylarda xarici sularda çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı xəbərlər narahatlıq doğurur.

Agentlik xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu vurğulayaraq dənizçiləri həyat və sağlamlıqlarını prioritet hesab etməyə çağırıb.

Qurum dənizçilərə müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirməyi, rəsmi qurumların təhlükəsizlik xəbərdarlıqlarını nəzərə almağı və mümkün olduğu hallarda bu cür marşrutlardan imtina etməyi tövsiyə edib.

Agentlik eyni zamanda gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin təhlükəsizliyini prioritet saymağa, onları yüksək riskli bölgələrə göndərərkən bütün zəruri təhlükəsizlik tədbirlərini görməyə və imkan daxilində belə marşrutlardan istifadə etməməyə çağırıb. 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol