• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni tədris ili üçün peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsi elan edilib

Yeni tədris ili üçün peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsi elan edilib
17.07.2026 11:52

Bu gündən 2026/2027-ci tədris ili üçün dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqəyə başlanılıb.

Müsabiqə çərçivəsində Bakı, Naxçıvan və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 316 ixtisas fənn müəllimi, 925 istehsalat təlimi ustası və 98 yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim vakansiyası elan olunub.

Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər iyulun 30-na qədər portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müsabiqə elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq olunan namizədlər avqustun 11-i müsabiqənin test imtahanı mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Müraciət edən şəxslər vakansiyaların siyahısı, eyni zamanda ixtisas istiqamətləri və aidiyyəti ixtisaslar üzrə məzmunun əhatə dairəsi barədə məlumatları aşağıdakı keçidlərdən istifadə edərək əldə edə bilərlər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol