• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub

“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub
20.07.2026 15:00

Medianın İnkişafı Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü və "Azərsun Holdinq”in dəstəyi ilə "Mediada Azərbaycan dili” kitabı dərc edilib. 

 

AZXEBER.COM xəbər verir ki, kitab eyni adlı təlim proqramı çərçivəsində keçirilən görüşlər əsasında hazırlanıb. Nəşrin əsas məqsədi Azərbaycan ədəbi dilinin normaları ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, audiovizual mediada dil mədəniyyətinin yüksəldilməsinə və peşəkar nitq mühitinin formalaşdırılmasına töhfə verməkdir.

 

Kitabın müəllifləri – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, BDU-nun kafedra müdirləri - filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova nəşrin hazırlanmasının məqsədi, mediada daha çox rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər. Vəsaitdə layihə çərçivəsində təlim keçən digər dilçi alimlərin, media mütəxəssislərinin tövsiyə və yanaşmalarına da yer verilib.

 

Bu kitab təkcə media nümayəndələri üçün deyil, həm də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq.

 

Qeyd edək ki, Azərbaycan dili "Azərsun Holdinq”in əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Belə ki, sosial məsuliyyət layihələrindən olan "WikiSun” layihəsi çərçivəsində şirkət əməkdaşlarının ana dilində yazdığı 5000 yaxın məqalə Vikipediyaya yerləşdirilib. Eyni zamanda 30 yaxın media nümayəndəsinə "Süni intellekt alətlərindən istifadə etməklə ana dilində məzmun yaratmaq” mövzusunda təlim keçirilib.

 

 

 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol