• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA donuz təsərrüfatlarında monitorinqlərə başlayır

AQTA donuz təsərrüfatlarında monitorinqlərə başlayır
05.08.2026 10:16

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) avqustun 10–14-də Azərbaycanın bir sıra şəhər və rayonlarında yerləşən donuz təsərrüfatlarında epizootoloji monitorinqlər keçirəcək. Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş fərdi və fermer təsərrüfatlarında aparılacaq.

Monitorinqlər çərçivəsində təsərrüfatlarda müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin baytarlıq norma və qaydalarına əməl olunmasının vacibliyi ilə bağlı maarifləndirmə işləri həyata keçiriləcək.

AQTA qeyd edib ki, monitorinqlərin əsas məqsədi ölkənin donuzların Afrika taunu xəstəliyindən azad statusunu qorumaq, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyəti qiymətləndirməkdir.

Toplanmış məlumatlar əsasında hazırlanan hesabatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim ediləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol