• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada pulsuz olan xidmət Azərbaycanda niyə 60 qəpik olacaq?

Avropada pulsuz olan xidmət Azərbaycanda niyə 60 qəpik olacaq?
05.08.2026 17:00

"28 May"–"Nizami" marşrutu bağlanır: Altı yeni ekspres avtobus fəaliyyətə başlayacaq

Avqustun 15-dən etibarən Bakı metrosunun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq.

Məhdudiyyət dövründə sərnişindaşımanı təmin etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) altı yeni ekspres avtobus marşrutu təşkil edəcək. Həmin avtobuslarda gediş haqqı 60 qəpik müəyyən olunub.

Ekspres avtobuslar hər gün saat 06:00-dan 00:00-dək aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

M1: "Elmlər Akademiyası" – "28 May"

M2: "İnşaatçılar" – "Nizami" – "28 May"

M3: "20 Yanvar" – "Nizami" – "28 May"

M4: "20 Yanvar" – "Koroğlu"

M5: "20 Yanvar" – "Gənclik"

M6: "Elmlər Akademiyası" – "Gənclik"

Bununla yanaşı, ərazidən keçən 20-dən çox mövcud xətt üzrə avtobusların sayı artırılacaq və hərəkət intervalları azaldılacaq.

Qiymət artımı sosial şəbəkələrdə narazılıq yaradıb

Qərar açıqlandıqdan sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. İstifadəçilər metro hərəkətinin dayandırılmasının sərnişinlərin seçimindən irəli gəlmədiyini və dövlət layihəsi çərçivəsində həyata keçirildiyini vurğulayıblar.

Hesablamalara görə, dəyişiklik nəticəsində gündəlik metro istifadəçilərinin nəqliyyat xərci 1,20 manatdan 3,60 manatadək arta bilər. Bir çox vətəndaş və nəqliyyat mütəxəssisi hesab edir ki, əvəzedici avtobuslarda gediş pulsuz olmalı və ya metro bileti ilə inteqrasiya edilməlidir.

Ekspert: "Müvəqqəti narahatlıq olsa da, nəticə müsbət olacaq"

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Anews.az-a bildirib ki, layihənin yaratdığı müvəqqəti çətinliklərə baxmayaraq, uzunmüddətli nəticələr sərnişinlər üçün faydalı olacaq:

"Qırmızı və Yaşıl xətlərin ayrılması Bakı metrosunun ötürücülük qabiliyyətini artıracaq, qatarlararası intervalları azaldacaq və sərnişinlərin təyinat nöqtələrinə daha tez çatmasını təmin edəcək. Layihə başa çatdıqdan sonra metro sisteminin dayanıqlılığı əhəmiyyətli dərəcədə yüksələcək."
 

Beynəlxalq təcrübə nə deyir?

Dünya təcrübəsində metro xətlərinin təmiri zamanı fəaliyyət göstərən əvəzedici (shuttle) avtobuslarla bağlı vahid model olmasa da, əksər böyük şəhərlərdə sərnişinlərdən əlavə ödəniş alınmır:

London (TfL): Metro bağlandıqda təşkil olunan rail replacement bus xidməti üçün əlavə ödəniş tələb olunmur, metro biletləri keçərlidir.

Paris (RATP) və Berlin (BVG): Təmir zamanı fəaliyyət göstərən əvəzedici avtobuslar mövcud metro biletləri ilə işləyir.

Nyu-York (MTA): Subway xətlərinin bağlandığı dövrdə təşkil edilən avtobuslar metronun davamı hesab olunur və əlavə haqq tutulmur.

Tokio və Seul: Planlı işlər əsasən gecə saatlarında aparılır, gündüz bağlanmaları zamanı isə inteqrasiya olunmuş tarif sistemi tətbiq edilir.

Dünya praktika göstərir ki, bu cür keçid dövründə alternativ nəqliyyat adətən mövcud bilet sistemi ilə inteqrasiya olunur. Bununla belə, son tarif siyasəti hər şəhərin nəqliyyat modelindən və maliyyələşmə mexanizmindən asılı olaraq dəyişir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol