• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb
08.08.2026 17:42

Bakının Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, birinci əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və onun qadın tanışı tutulub. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı (PUA) vasitəsilə göndərilən narkotik vasitələri götürərək paytaxt ərazisində çatdırmağı planlaşdırıblar.

Sabunçu RPİ əməkdaşlarının Bakıxanov qəsəbəsində keçirdiyi digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Valid Qurbanov saxlanılıb. Ondan 7 kiloqrama yaxın marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Qeyd olunub ki, cari ilin əvvəlindən Sabunçu rayonu üzrə keçirilən əməliyyatlarda ümumilikdə 281 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol