• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi lisenziyaların sayı 20 mini keçib

İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi lisenziyaların sayı 20 mini keçib
10.08.2026 17:53

Bu ilin yanvar-iyul aylarımnda İqtisadiyyat Nazirliyi sahibkarlara 1 191 lisenziya, ümumilikdə isə 20 220 lisenziya verib.

 7 ay ərzində sahibkarlara verilən lisenziyaların 807-si elektron formada təqdim olunub.

"Lisenziyalar və icazələr" portalının fəaliyyətə başladığı 2018-ci ilin mart ayından etibarən isə təqdim olunan elektron lisenziyaların sayı 7 963-ə çatıb.

Verilmiş lisenziyaların 25 %-i (298) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, 18 %-i (214) əczaçılıq, 12 %-i (148) özəl tibb fəaliyyəti, 11 %-i (129) rabitə xidmətləri və 34 %-ni isə (402) digər fəaliyyət növləri təşkil edib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən olunub. Hazırda nazirlik 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) verir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq "ASAN xidmət" mərkəzi, KOB evləri və ya "Lisenziyalar və icazələr" portalı vasitəsilə portalı vasitəsilə nazirliyə elektron formada müraciət edə bilərlər. Hazırda portal vasitəsilə müraciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət qurumlarından rəylərin əldə olunması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 % güzəşt edilir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol