İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib

Cəlilabad rayonunda yaşayan İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı Əbiş İbiş oğlu Zamanov 103 yaşında vəfat edib.
“Report”un məlumatına görə, Əbiş Zamanov 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub.
O, 1942-ci ildə cəbhəyə yollanıb. 1944-cü ilin yanvarında döyüş zamanı ağır güllə yarası alaraq bir gündən çox qar altında huşsuz vəziyyətdə qalsa da, sağ qalmağı bacarıb.
Müharibədən sonra doğma yurduna qayıdan veteran ailə həyatı qurub. Onun beş övladı, onlarla nəvəsi və nəticəsi var.
























