• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol polislərindən qadın sürücülərə sürpriz - VİDEO

Bakıda yol polislərindən qadın sürücülərə sürpriz - VİDEO
09.03.2015 09:51
Dünən 8 Mart qadınlar günündə Bakının mərkəzi küçələrində avtomobil idarə edən xanım sürücülər hər il olduğu kimi, bu il də hədiyyəsiz qalmadı. Yol polisi əməkdaşları qayda pozuntusuna yol verməyən xanım sürücüləri gülər üzlə qarşılayıb hədiyyələrlə yola saldı.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Respublika Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu gün paytaxt küçələrində avtomobil idarə edən bütün xanım sürücüləri saxladı. Amma bu dəfəki, saxlamanın məqsədi fərqli idi. Cərimə yazmağa deyil, təbrik etmək üçün idi.

Xanım sürücülər əvvəlcə yol polisinin onları saxlamasından həyacanlansalar da, sonra vəziyyəti anladılar.

Polisin hədiyyə təqdim etməsi isə onları əməli başlı təəccübləndirdi.

Respublika Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, bəlkə də qadın sürücüləri saxlayanda, onlar yol polisinin hər hansı bir iradına tuş gələcəklərini gözləyirdilər. Amma yol polisinin bü günkü münasibəti qadın sürücülər üçün bir sürpriz oldu. Biz də bütün xanımlara, analar, bacılara yollarda təhlükəsiz yol arzulayırıq. Və arzu edirik ki, hər bir xanım zərif bir cinsin nümayəndəsi olduğunu düşünsün və yollarda bütün hərəkət iştirakçılarına nümunə olsunlar.

Respublika Dövlət Yol Polis İdarəsin artıq bir neçə ildir ki, bu layihəni həyata keçirərək 8 Mart günü yollarda xanım sürücüləri təbrik edir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol