• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb fənləri azaldıla bilər - Video

Məktəb fənləri azaldıla bilər - Video
29.04.2015 12:27
Azərbaycanda 12 illik təhsillə keçidlə bağlı müzakirələr gedir. Bu sistemə keçidlə bağlı olaraq tədris olunan fənlərin sayı azaldıla bilər.

ANS TV-nin məlumatına görə, Azərbaycan Təhsil Problemləri İnstitutunda 12 illik təhsil sisteminə keçidlə bağlı aparılan müzakirələrdə fənnlərin birləşdirilməsi təklif olunur. Hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənnlərin sayı 17-dir. Təklif olunur ki, burada da fənnlərin bir neçəsi birləşsin onların sayı 13-ə endirilsin.

Tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənnlərin sayı isə 14-dən 9-a endiriləcək. Təmayüllər üzrə istiqamətlərdə isə humanitar, texniki, təbiət elmləri və digər istiqamətlər üzrə fənnlərin sayının azaldılması da təkliflər arasındadır.

İnstitutun direktor müavini Ənvər Abbasov bunların yalnız təklif olduğunu deyir: "Dünyada prioritet istiqaməti odur ki, təhsil yükü yüngülləşsin. Eyni zamanda uşaqlarda maraq oyatsın, onların marağına uyğun və inteqral olunsun. Bu isə o deməkdir ki, fənnlər əlaqələnməlidir".

12 illik təhsil sisteminə keçidi dünya standartlarına uyğun hesab edən ekspert Etibar Əliyev bu işin mərhələli şəkildə həyata keçirilməli olduğu deyir. Onun sözlərinə görə, 12 illik təhsil sisteminə keçid təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək. Tam orta ümumtəhsil məktəblərinin iki illik pilləsində bu fənnlərin inteqral tədrisi nəzərdə tutulur. İstər humanitar, istərsə də təbiət elmləri fənnləri. Amma12 illik təhsil sisteminə keçidi müəyyən vaxt tələb edir”.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunmuş 12 illik ümumi təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək.

Bunun üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməli, tam orta təhsil pilləsi təlimin istiqamətləri üzrə bölünməsi, kurikuluma əsaslanan yeni dərsliklərin yaradılmalı, eləcə də şagird və müəllimlərin müvafiq dərslik seçimi təmin olunmalıdır.
 
 
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol