• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda pulsuz avtobuslar olacaq - Video

Bakıda pulsuz avtobuslar olacaq - Video
01.05.2015 14:01
"Avropa oyunları zamanı paytaxt Bakının ictimai nəqliyyatının fəaliyyətini və qonaqların sərbəst gediş-gəlişini təmin etmək üçün "Sərt parkinq yoxdur”, "Park et və get” prsinsipləri olacaq".

ANS PRESS-in məlumatına görə, bunu bu gün ANS-də yayımlanan "Günə Baxan"ın qonağı olan Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib.

Nazirlik rəsmisi I Avropa Oyunları üçün zolaqlanmış sahələrdən danışıb. O qeyd etdi ki, əsas magistral Ziya Bünyadov və Heydər Əliyev prospekti sayılır.

"Bir neçə zolaqlı yolların bir zolağı Avropa Oyunları üçün ayrılıb. Həmin yollarda soldan və sağdan 15 sm enində sarı xəttlər çəkilib, orta isə maşınların gediş-gəlişi üçün boş saxlanılıb. 250 metrdən bir I Avropa Oyunlarının loqoları yapışdırılıb. Bu isə o deməkdir ki, bu zolaqlardan ancaq I Avropa Oyunlarına xidmət göstərən nəqliyyat vasitələri, FHN və Təcili Tibbi Yardım maşını da istifadə edə bilər. Başqa avtomobillərin bu yolda hərəkətinə icazə verilmir. Bunun üçün onları sərt cəza gözləyir. İctimai nəqliyyata bu zolaqlara keçməsinə iyunun 1-dən 31-nə kimi qadağa qoyulacaq”.

Onun sözlərinə görə, sakinlər öz avtomobillərini xüsusi təyin olunmuş yerlərdə münasib qiymətə park edə, yarış meydançasına təşkil olunmuş pulsuz "ekspress”marşurutla gedə və geri qayıda bilərlər.

Metrostansiyaların yanında da fərdi avtomobillərin dayanması qadağan ediləcək. Oyunlar zamanı metrostansiyaların yanında üzərində "Ex 1”, "Ex 2” maşurutları olacaq. Bu marşurutlar oyunlar keçirilən arenaya gedəcək. Sakinlər bu maşurutlarda yerləşən elektron tablolar vasitəsilə gedəcəyi istiqaməti təyin edə bilərlər.

Xatırladaq ki, I Avropa Oyunları iyun ayının 12-dən 28-dək olacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol