• $
  • €
  • ₽
  • ₺
  • £

Yanan binanın sakinlərinin yerləşdiriləcəyi ünvanlar açıqlandı - Fotolar

Yanan binanın sakinlərinin yerləşdiriləcəyi ünvanlar açıqlandı - Fotolar
20.05.2015 16:29
 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün ayrılan yerlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatıdır.
 
"Report" xəbər verir ki, nazir Səlim Müslümov bu gün pansionata gedərək, yanan binanın sakinlərindən bir hissəsinin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlar və kotteclərdəki şəraitlə tanış olub.

S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin "Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş verən yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb. O, komissiyanın Prezident İlham Əliyevin sədrliyi ilə mayın 20-də iclasının keçirildiyini diqqətə çatdırıb: "İclasda ölkə başçısı müvafiq orqanlara baş verən yanğın hadisəsinin araşdırılaraq günahkarların müəyyən olunması və sərt cəzalandırılması barədə qəti tapşırıqlar verdi. Amma bundan öncə müvafiq dövlət qurumlarına, o cümlədən ƏƏSMN-ə hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb".

Nazir bildirib ki, dövlət başçısı ilk növbədə yanğın baş verən binanın xilas olunan sakinlərinin, orda yaşayan ailələrin təcili yerləşdirilməsini tapşırıb. Bununla əlaqədar, bir sıra yerlər müəyyən olunub. Həmçinin ƏƏSMN-in Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb: "Həmin ailələrə təklif olunub ki, onlara istədikləri halda müvafiq maliyyə vəsaiti ödənilsin ki, kirayə mənzillər tutsunlar. Onların çoxu yaxın ərazilərdə mənzil kirayə götürməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib".

S.Müslümovun sözlərinə görə, yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqlarla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək. Komissiya yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərini aparır. Günün sonuna kimi bu məlumatlar hazırlanacaq. Çünki müəyyən şəxslər var ki, hələ xəstəxanalardadır. Bir çox şəxslər isə artıq müvafiq tibbi xidmət alaraq ailələrinin yanına dönüblər, bir sıra sakinlər isə qohumlarının yanındadırlar. Bunlar araşdırılacaq və zərərçəkənlərin sayı bu günün sonuna qədər dəqiqləşdiriləcək".
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol