• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sahibsiz heyvanlar üçün xüsusi mərkəz – VİDEO

Bakıda sahibsiz heyvanlar üçün xüsusi mərkəz – VİDEO
02.06.2015 10:48
Bakıda 3 ildir sahibsiz, qayğıya ehtiyyacı olan it və pişiklərin saxlandığı mərkəz fəalliyət göstərir. Burda həmin heyvanların saxlanılması üçün bütün şərait yaradılıb. 

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, mərkəzdə it və pişiklərə edilən qulluğa isə söz ola bilməz.

4 hektar ərazisi olan mərkəzdə 200-dən çox heyvan saxlanılır və onlara burda qulluq edilir.

Burda heyvanlar üçün xüsusi klinika da fəaliyyət göstərir. Mərkəzdə əcnəbi həkimlərlə yanaşı, yerli mütəxəssislər də çalışır. Müasir texnonoğiya ilə təhciz edən klinikada heyvanların sağamlığı üçün əllərindən gələni əsirgəmirlər. Bundan əlavə mərkəzin şəxsi tibbi yardım maşını da heyvanların qulluğunundadır.

Xəstə və yaralı heyvanların mərkəzə gətirilməsi üçün xüsusi tibbi yardım maşını da ayrılıb. Tibbi yardım maşınında lazım gələrsə, heyvanın əməliyyat olunması üçün lazımi şərait də yaradılıb.

Mərkəzin direktor koməkçisi Vüsalə Ali heyvanlara xidmət üçün işçilərin seçilməsinə xüsusi önəm verdiklərini deyir. Onun sözlərinə görə, heyvanlara qarşı sevgi və nəvaziş hissi olmayan şəxs burada işləyə bilməz:

"Bu mərkəzi yaratmaqda əsas məqsədimiz insanlarda sahibsiz heyvanlara sevgi hissini yaratmaqdır. Eyni zamnda küçədə shibsiz olan heyvanlara yerində qayğı da göstəririk. Qeyd edim ki, bundan başqa mərkəzin əməkdaşları küçədəki sahibsiz heyvanlara yardım göstərməklə məşğuldurlar”. 

Mərkəzin böyük bir güşəsi də, pişiklər üçün ayrılıb. Burada saxlanılan və müalicə olunan pişiklərin qayğısını isə xanımlar çəkir. Hətta burda pullu xidmət də var ki, xaricə getmək istən vətəndaşlar öz heyvanlarını bura əmanət edə bilərlər. 

Sanitar gigiyenik normalara riayət olduğu mərkəz hər gün təmizlənir. Amma bir-birindən gözəl və əylənməyi sevən heyvanlara nədənsə sahib çıxan çox azdır.

"Mərkəzə daxil olan heyvanların sayı çoxdur. Təəssüf ki, bizim insanlarda shibsiz heyvanları himayə götürmək mədəniyyət formalaşmayıb. Əfsuslar olsun ki, bizim insanlar xüsusi cins itlərə və pişiklərə üstünlük verir”,– deyə Vüsalə Ali bildirib.

Amma unutmaq lazım deyil ki, bir heyvanın himayəyə götürülməsi iki heyvanin həyatnın xilas edilməsi anlamına gəlir. Çünki, biri isti yuvaya sahib olacağı halda, digəri özünə sığınacaqda yer tapmış olacaq


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol