• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda yeni qatarlar - Fotolar

Bakı metrosunda yeni qatarlar - Fotolar
04.06.2015 17:53
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aldığı yeni qatarlar artıq istifadəyə verilib.

ANS PRESS-in məlumatına görə, "Bakı Metropoliteni"nin sərnişinləri yeni qatarlardan istifadə etməyə başlayıblar. Qatarlar ilk olaraq "Həzi Aslanov"- "Dərnəgül" istiqamətində xəttə buraxılıb.

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə ANS PRESS-ə açıqlamasında bildirib ki, yeni nəsil qatarlar hazırda sərnişinlər içərisində olmaqla sınaqdan keçirilir. Yeni qatarlar "Dərnəgül"-"Həzi Aslanov" və "Həzi Aslanov"-"İçərişəhər" xətti ilə hərəkət edir. Qurum rəsmisi bildirib ki, sınaq müddəti bittikdən sonra qatarlar birdəfəlik sərnişinlərin istifadəsinə veriləcək.

Xatırladaq ki, Bakı Metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın "Alstom” şirkət ilə memorandum imzalayıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə "Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub.

Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir.

Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir.

Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur.

Yeni nəsil vaqonların banı paslanmayan metaldandır. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var.

Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda "hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.

Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol