• $
  • €
  • ₽
  • ₺
  • £

Seedstars World müsabiqəsində Azərbaycanı təmsil edəcək startap bəlli oldu- Fotolar

Seedstars World müsabiqəsində Azərbaycanı təmsil edəcək startap bəlli oldu- Fotolar
17.08.2015 09:20
Ötən həftə Bakıda Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə azərbaycanlı startaplar arasında keçirilən Seedstars World müsabiqəsində Azərbaycanı təmsil edəcək Startapın adı bəlli olub.
 
Bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını Piriyev Aero adlı Startap qazanıb. 12 yerli startap arasında qalib seçilən Piriyev Aero 2016-ci ilin fevral ayında İsveçrədə keçiriləcək Seedstars World müsabiqəsinə qatılacaq. Qalib müsabiqəyə Dronee layihəsi ilə qatılıb.Bu layihə özündə hardware platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun hardware (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər. Müsabiqədə ikinci yerə xatırlama xüsusiyyəti ilə tapşırıq göndərən Flapus mobil əlavəsi, 3-cü yerə isə bulud texnologiyaları üzərində qurulmuş multi-platformalı data sinxronizasiyası xidməti Bethclip layiq görülüb. Azercell ilə yanaşı PASHA Bank-ın təşkilatçılığı və dəstəyi, ADA Universitetinin, Khazar Ventures, Barama və Uber şirkətlərinin dəstəyi ilə baş tutan bu müsabiqə inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal bir layihədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.

Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır. Qeyd edək ki, fəaliyyət göstərdiyi müddət ərzində Barama Mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub, gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları təşkil edilib.
 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz    


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol