• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zibillikdən 100 kiloqrama yaxın qəpik çıxdı - Fotolar

Bakıda zibillikdən 100 kiloqrama yaxın qəpik çıxdı - Fotolar
11.09.2015 11:12
"Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.

Bu barədə Oxu.Az-a ASC-dən bildirilib.

Qurum bildirib ki, əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.

"Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib”-deyə, "Təmiz Şəhər” ASC qeyd edib.

Məlumat üçün bildirək ki, BMTÇZ-in fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir.

Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi. Onlar tullantıların arasından götürülərək aidiyyatı üzrə təhvil verilir və ya istifadə olunur.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol