• $
  • €
  • ₽
  • ₺
  • £

Babək prospektində yeni yol hissəsi salınıb - FOTOLAR

Babək prospektində yeni yol hissəsi salınıb - FOTOLAR
16.09.2015 16:54
Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən dairədə nəqliyyatın sıxlığının qarşısını almaq məqsədilə yeni yol hissəsi salınıb.

"Azəryolservis” ASC-dən "Report”a verilən məlumata görə, artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək hərəkətlərini davam etdirə bilərlər. Bundan öncə isə geri dönmə əməliyyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olurdular, digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə "tıxac” yaranırdı.

Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC tərəfindən Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11.5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq ərazidə təmir-tikinti işləri də həyata keçirilib. Babək prospektinin dairəyə düşən və dairədən qalxan istiqamətlərində köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə, yeni yol hissəsi də daxil olmaqla, ərazinin 4800 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində əraziyə 535 paqonmetr yeni səki daşı düzülüb, səkilər, dairənin üstü və yol ötürücüsünün alt hissəsi abadlaşdırılaraq asfaltlanıb. Qeyd olunan ərazilərin ümumilikdə 3900 kvadratmetr sahəsi asfaltlanıb. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə üfiqi nişanlanma xətləri çəkilib.

Analoji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol