• $
  • €
  • ₽
  • ₺
  • £

Malların gömrük rüsumunu öyrənmək asanlaşdı – VİDEO

Malların gömrük rüsumunu öyrənmək asanlaşdı – VİDEO
21.01.2016 22:53
Dövlət Gömrük Komitəsi (DGK) Xarici İqtisadi Fəaliyyət iştirakçılarına yeni elektron xidmətlərini təqdim edib.

Bu barədə Komitədən Oxu.Az-a bildirilib.

Komitədən qeyd edilib ki, iş adamları idxal-ixrac əməliyyatları haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək üçün komitənin internet səhifəsindəki elektron xidmətlərdən istifadə edə bilərlər.

"Eləcə də dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal vəya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edin»-deyə komitədən bildirilir.

DGK ölkəyə gətirilən malların gömrük rüsumunun əvvəlcədən öyrənilməsi üsulunu da açıqlayıb:

"Siz ölkəyə idxal edəcəyiniz malın gömrük rüsumunu öyrənmək istəyirsiz, malınızı ilkin bəyan edib gömrükdən tez bir zamanda keçmək istəyirsiz. Onun sadə yolu vardır:

Bunun üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsinə daxil olun, elektron gömrük xidmətləri bölməsində malın nomenklaturası menyusuna daxil olub istədiyiniz malı tapın və gömrük yığımları düyməsini basın və bu zaman siz tələb olunan gömrük rüsumları ilə tanış ola biləcəksiz. İlkin bəyan üçün sizə şəxsi kabinetdən - sərhəddən keçirəcəyim malların ilkin bəyan olunması düyməsini basın.

Yeni mal bəyan et keçidini sıxıb malınız haqda məlumatları əlavə edin. Bu məlumatlar ardıcıl olaraq malın təyinatı, malın kodu, mal haqqında məlumat, çəkisi, miqdarı və hərəkət marşrutu kimi bölmələrdən ibarətdir. Malın daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanını və konteynerin nömrəsini məlum olduğu halda qeyd edin.

Üçüncü mərhələdə idxalçının VÖEN nömrəsi, adı və ünvanı qeyd olunur. Daha sonra ixracatçının eyni adlı bölmələri doldurulur.

Üçüncü mərhələdə idxalatçının sərhəd keçid məntəqəsini seçdikdən sonra invoysun nömrəsini, malın invoys qiymətini, valyutanı və invoysun surətini əlavə etmək lazımdır. Son olaraq dörd simvollu kodu daxil edirik”.
 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol