• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədən valyuta çıxışına qoyulan məhdudiyyətlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Ölkədən valyuta çıxışına qoyulan məhdudiyyətlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO
23.01.2016 10:20
"Məsələdə yanlış anlaşılma var”.

Maliyyə naziri Samir Şərifov bir neçə gün əvvəl Milli Məclisin qəbul etdiyi və böyük səs-küyə səbəb olan "Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri şərh edib.

Bu qanunda göstərilir ki, ölkədən xaricə 50 min dollardan artıq valyuta çıxarılmasına 20%-lik rüsum tutula bilər. 

Bu müddəanın ölkədə fəaliyyət göstərən əcnəbilərə aid olub-olmaması mübahisələr yaratmışdı. Hətta İngiltərənin "Financial Times” qəzeti belə bu haqda yazıb. 

Maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində bütün suallara nöqtə qoyub. 

Məsələdə yanlış anlaşılma var, məhdudiyyət əcnəbilərə aid deyil:

"Hər hansı xarici fiziki şəxs Azərbaycana 10 milyon dollar məbləğində investisiya qoyub. Bu şəxsin qoyduğu 10 milyon dollarlıq investisiya müqabilində bir neçə ildən sonra ümumilikdə 15 milyon dollar qazanc əldə edib.

Onun 10 milyonu şübhəsiz ki, qoyduğu investisiyadır. Bu 10 milyon məbləği maneəsiz xaric köçürə bilər. Yerdə qalan 5 milyonla isə ölkə daxilində mənfəət vergisi daxil digər bütün vergiləri də ödəməlidirlər. Eyni zamanda vəsaitin bir qismini xaricə ötürdükdə isə mənbədə 10 faiz vergi tutulur. 

Burda heç bir dəyişiklik edilməyib, bu, həmişə olub. Bunu da onlar ödəyirlər. Bunlara bu 20 faizlik yığım tətbiq olunmur”.
 
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol