• $
  • €
  • ₽
  • ₺
  • £

AzTEST-in laboratoriyası beynəlxalq sınaqlarında ən yaxşı nəticəni göstərdi - FOTOLAR

AzTEST-in laboratoriyası beynəlxalq sınaqlarında ən yaxşı nəticəni göstərdi - FOTOLAR
28.03.2016 18:42
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kənd təsərrüfatı və ərzaq məhsullarının sınağı laboratoriyası "Cənubi Qafqaz ölkələrinin metrologiya və qida üzrə sınaq laboratoriyalarının gücləndirilməsi” layihəsi çərçivəsində Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) tərəfindən keçirilən səriştəlilik sınaqlarında iştirak edib.

Komitədən ANN.Az-a verilən məlumata görə, sınaqlarda iştirak edən Azərbaycan, Gürcüstan və Ermənistanın ümumilikdə 9 laboratoriyası arasında süd məhsullarında toksik metallar (arsen, kadmium, civə və qurğuşun) üzrə ən dəqiq nəticəni AzTEST əldə edib. Laboratoriyanın sınaq metodları həm milli (Dövlət Akkreditasiya Xidməti), həm də beynəlxalq (Almaniya Akkreditasiya Qurumu, DakkS) akkreditasiyadan keçib.

Məlumat üçün bildirək ki, ötən il Almaniya Akkreditasiya Qurumunun (DaakS) auditorlarının komitənin laboratoriyasında apardıqları audit nəticəsində laboratoriyanın daha bir neçə sınaq metodu yüksək qiymətləndirilərək akkreditasiya sahəsinə əlavə edilib. Bunlara balda karbohidratların (şəkərin), qlükoza, saxaroza və fruktozanın miqdarının təyini, meyvə və tərəvəz məhsullarında pestisid qalıqlarının sınağı, suda toksiki elementlərin təyini, mikrobioloji sınaqlar, alkoqollu içkilərin daha bir neçə göstərici üzrə sınaqları aiddir. Ümumilikdə komitənin qida laboratoriyasının həyata keçirdiyi 30 sınaq metodu beynəlxalq akkreditasiya prossedurundan keçərək xarici ölkələrdə tanınması təmin edilib.

Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış müvəffəqiyyət kimi qiymətləndirilir. Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşmir, ixrac imkanlarının genişlənməsi, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait təmin olunur.
 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol