• $
  • €
  • ₽
  • ₺
  • £

Salyan-Şirvan yolu yenidən bərpa edilir - Fotolar

Salyan-Şirvan yolu yenidən bərpa edilir - Fotolar
07.04.2016 12:24
Uzun illərdir bərbad vəziyyətdə olan Salyan-Şirvan yolu bərpa edilir.
 
"Report”un məlumatına görə, ötən il əsaslı təmirinə başlanılan yolda sonradan müəyyən səbəblərdən fasilə yaranmışdı.

Yenidənqurma işlərinə Salyan-Şirvan magistralının 15-ci kilometrliyindən, yolun Salyan rayon ərazisindən keçən hissəsindən başlanılıb. Tikinti işlərini sürətli aparmaq üçün əraziyə 30-dan çox texnika cəlb olunub. Artıq yolun 5 kilometrdən çox hissəsinə asfalt döşənib. Daha 4 kilometr  ərazidə yolun torpaq yatağı hazırlanır. Ümumiyyətlə ölkənin Cənub rayonları ilə Şimal-Qərb bölgəsini birləşdirən yola 5 qat olmaqla 25 santimetr qalınlığında asfalt döşənəcək. Bu da ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismarına imkan verəcək.

Respublika əhəmiyyətli yolun əsaslı təmir olunması rayonlara gediş-gəlişin yaxşılaşması ilə yanaşı, həm də Salyanın 20-dən çox kəndinə avtomobil əlaqəsini rahatlaşdıracaq. Ən əsası yoldan qalxan qatı tozun yaratdığı çətinliklər aradan qalxacaq ki, bu da öz növbəsində sakinlərin sağlamlığına müsbət təsir göstərəcək. Eyni zamanda yenilənən yol əhalinin maddi durumunun yaxşılaşmasınada kömək olacaq.

Müasir tələblərə uyğun əsaslı təmir edilən Salyan-Şirvan yolunun 9 metrinə asfalt döşənməklə eni 13 metr olacaq. Uzunluğu 34 kilometrə çatan magistralı yağış və sel sularından qorumaq üçün yol boyu ehtiyac olan yerlərdə körpü və su keçirici qurğular inşa ediləcək.
 







www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol