• $
  • €
  • ₽
  • ₺
  • £

​TAP-ın ilk boruları Yunanıstana gətirildi

​TAP-ın ilk boruları Yunanıstana gətirildi
25.05.2016 16:06
Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsi üçün ilk borular Yunanıstanın Saloniki və Kavala şəhərlərinə gətirilib.
 
"Report”un TAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, metal borularla yanaşı əymələr də artıq Yunanıstandadır.

Məlumata görə, ilk gəmilər və qatarlar təxminən 1 500 ədəd polad boru və 200 əyməni adıçəkilən şəhərlərə gətirib. Həmin avadanlıqlar Saloniki Limanının ərazisində və Kavalada olan "Philip II” limanında sıralanaraq müxtəlif istiqamətlərə göndəriləcək.

TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skoufias deyib ki, boruların vaxtında çatdırılması işlərin zamanında tamamlanması üçün önəmlidir: "Podratçılar tərəfindən materialların çatdırılması zamanı təhlükəsizlik və sağlamlıq standartları nəzərə alınır”.

Qeyd edək ki, TAP-ın Yunanıstan ərazisinin inşası üçün təxminən 32 min boru istifadə ediləcək. Kəmərin 765 km-lik hissəsində istifadə ediləcək boruları Yunanıstanın "Corinth Pipeworks S.A.” şirkəti, 270 km-lik hissəsində istifadə olunacaq boruları və əymələri Almaniyanin "Salzgitter Mannesmann International GmbH.” şirkəti istehsal edir.

Ölçüsü 48 düyüm olan hər borunun təxmini uzunluğu 18 metr, çəkisi 10 tondur. Ümumilikdə, 526 min ton borunun çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol