• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalandı - FOTOREPORTAJ

SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalandı - FOTOREPORTAJ
25.05.2016 18:09
Bu gün Sumqayıtda "Azərikimya" İstehsalat Birliyində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın UNİPER (EON) şirkətlərinin Əlaqələndirmə Komitəsinin III iclası keçirilib.

"Report" xəbər verir ki, iclası giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlayıb. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və UNİPER şirkətinin vitse-prezidenti Uve Fipin yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin yetişdirilməsi və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı təqdimatları dinlənilib.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara qurumda həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

Tədbir çərçivəsində SOCAR və UNİPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək "SOCAR-UNİPER" birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51%, UNİPER isə 49% paya sahib olacaq.

Bundan sonra, yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanıb. Bildirilib ki, qurğunun inşası "Azərikimya" Etilen-Polietilen Zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və UNİPER şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.

***

İmzalanma mərasimində R.Abdullayev bildirib ki, buxar turbogenerator qurğusunun tikintisi layihəsinin dəyəri 26 mln. avro təşkil edir. Onun sözlərinə görə, ilkin olaraq Almaniya şirkəti 4 mln. avro investisiya yatıracaq: "Daha 20 mln. avro Bavariya Bankından 1%-lə 15 il müddətinə kredit kimi götürüləcək. Bu layihə çox effektlidir. Layihənin geri dönmə əmsalı 15%-dir".

***

Sonra iki şirkətin nümayəndələri Etilen-Polietilen Zavoduna gələrək ərazi ilə tanış olublar, zavodun buxar və elektrik enerjisi istehsalatı ərazisində tikintisi planlaşdırılan yeni Buxar Turbogenerator Qurğusunun təməlqoyma mərasimində iştirak ediblər.

Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilib.
 







www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol