• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın aktivləri 40 mlrd. manata çatıb

SOCAR-ın aktivləri 40 mlrd. manata çatıb
02.06.2016 16:26
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə olunmuş aktivlərinin həcmi cari ilin əvvəlinə 39,083 mlrd.manat təşkil edir. 

"Report" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında bildirib. 

S.Qasımov qeyd edib ki, bu ilin yanvarın 1-nə şirkətin maliyyə göstəricilərində 1,438 mlrd. manat zərər yaransa da, xarici valyutada olan aktivlərin müsbət məzənnə fərqində 3,271 mlrd. manatlıq gəlir əldə edilib.

"2015-ci ildə dünya bazarında neft, neft məhsullarının qiymətinin aşağı düşməsinə baxmayaraq, ümumilikdə gəlirlə ili başa vurduq. 2014-cü ildən başlayaraq neftin qiymətinin iki dəfədən çox aşağı düşdüyü, beynəlxaq maliyyə agentlikləri və investisiya banklarının 2018-ci ilədək qiymətlərdə sürətli artım gözlənilmədiyi ilə bağlı proqnozlar verdiyi şəraitdə SOCAR icrasına başladığı bütün daxili və ölkədən kənar layihələrin reallaşdırılmasını davam etdirir", - deyə Şirkət rəsmisi əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol