• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan banklarının fond bazarına marağı artıb

Azərbaycan banklarının fond bazarına marağı artıb
03.06.2016 19:18
Hazırda Azərbaycanda kredit verməyən bir sıra kommersiya bankları Maliyyə Nazirliyinin formalaşdırdığı fond bazarının aktiv iştirakçılarıdır.
 
Bu barədə "Report"a kapital bazarındakı mənbədən məlumat verilib.

Yerli ekspertlərin sözlərinə görə, banklar cəlb etdiyi vəsaiti kredit kimi verməkdənsə, fond bazarına investisiya kimi yönəltməyi üstün tutur: "Dövlət xətti ilə buraxılan qısamüddətli və uzunmüddətli istiqrazların zamini qismində dövlət çızış edir, yəni pulun batma risk yoxdur. Üstəlik, bu qiymətli kağızların gəlirliliyi kifayət qədər yüksəkdir, bəzən isə hətta illik 20%-ə çatır. Halbuki, bank 20%-lə kredit verərsə, bunun effektiv gəlir faizi təxminən 10% olacaq. Ayni zamanda, kreditin vaxtında qaytarılmaması riski mövcuddur. Bu səbəbdən də banklar Maliyyə Nazirliyinin istiqrazlarını həvəslə alır".

Ekspertlər əlavə ediblər ki, dövlət istiqrazlarına pul yatıran hüquqi şəxslərin 80-90%-i kommersiya bankları, qalanı isə sığorta şirkətləridir: "Sığortaçılar bu bazarda ona görə aktiv deyillər ki, onların əksəriyyəti bankların törəməsidir və öz pullarını elə eyni holdinqdə təmsil olunduqları banklarda saxlayır. Banklar törəmə qurumlarını fond bazarına buraxmaqdansa, özləri bu bazarda fəal iştirak etməyə üstünlük verir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol