• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Əliyev: 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb

Aydın Əliyev: 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb
06.06.2016 11:52
"Yaşıl dəhlizin” yaradılması ilə gömrük sahəsində rüşvət kimi neqativ halların birmənalı şəkildə aradan qaldırıldığını deyə bilərik.

Oxu.Az xəbər verir ki, bu sözləri "ANS TV-nin "Hesabat” verilişinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. 

Yaşıl dəhlizin tətbiqinin yükdaşımalara aid edildiyini söyləyən komitə sədri bunun sənədlər təqdim olunarkən gömrük baxışı nəzarəti həyata keçirilərmədən yüklərin təyinatı üzrə çatdırılmasından ibarət olduğunu söyləyib.

Daha sonra komitə sədri Qırmızı Körpü sərhəd keçid məntəqəsində yaranan problemlərdən, vətəndaşların gətirdikləri malların gömrük işçiləri tərəfindən ölkəyə buraxılmaması ilə bağlı iddialara aydınlıq gətirib.

Fiziki şəxslər üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaların oluduğunu xatırladan komitə sədri həmin qaydalara əsasən hər bir fiziki şəxs öz istifadəsi, öz təlabatı üçün məhsul keçirə biləcəyini vurğulayıb. 

Aydın Əliyev bu qaydalara məhəl qoymayaraq qanunsuz yolla ölkəyə tütün məhsulları və spirtli içkilər keçirməyə çalışan bəzi işbazların qarşısnın aldındığını diqqətə çatdırıb.

"Dəfələrlə sərhəd keçid məntəqələrində gömrük orqanı əməkdaşlarına hücum edirlər, onlara xəsarətlər yetirilib, məntəqələrin pəncərələri sındırılıb. Həmin şəxslər haqında hüquq mühafizə orqanları tədbir görür. Onlar cinayət məsuliyyətinə cəlb olunacaq”,-deyə komitə sədri vurğulayıb.

Müsahibə zamanı avtomobillə ölkəmizə gələn insanların depozitlə bağlı problemlərinə də toxunulub. A.Əliyev bu problemin aradan qalxmaq üzrə olduğunu, depozitin tətbiqinə başlanıldığını bildirib.

Daha sonra gömrük əməkdaşı və vətəndaş təmasının aradan qaldırlması sahəsində aparılan islahatlardan danışan komitə sədri müəyyən neqativ halların olduğunu və bunlarla daim mübarizə aparıldığnı söyləyib.

"Gömrük sistemində son illər ərzində intizam qaydalarına cəlb olunma statistikasına görə, 5 ay ərzində 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb",- deyə Aydın Əliyev qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol