• $
  • €
  • ₽
  • ₺
  • £

"“Formula-1”i izləyəcək 500 milyon insandan 1 faizi Bakıya gəlsə, bu, turizm sənayemiz üçün böyük əhəmiyyət kəsb edəcək"

"“Formula-1”i izləyəcək 500 milyon insandan 1 faizi Bakıya gəlsə, bu, turizm sənayemiz üçün böyük əhəmiyyət kəsb edəcək"
08.06.2016 23:33

 "Bu gün bizim aramızda yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Avropa İttifaqına üzv olan 8 ölkə ilə strateji tərəfdaşlıqla bağlı sənədləri imzalayıb və ya qəbul edib. Bu, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının ümumi formatı üçün yaxşı əsasdır. Turizm potensialı əməkdaşlıq sahələrindən biridir".

"Report" xəbər verir ki, bu barədə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev məlumat verib.

"İki həftədən az müddətdə başlayacaq "Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, "Formula-1” bunu etmək üçün ən yaxşı yoldur", - deyə prezident bildirib.

Daha sonra İlham Əliyev Azərbaycanda keçirilən Avropa Oyunlarına toxunub:

"Ötən il biz Bakıda Olimpiya Hərəkatının tarixində ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Oyunlar çox uğurlu oldu. 2017-ci ildə biz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Bu, onu göstərir ki, Azərbaycan İslam mədəniyyətinin bir hissəsi olan və eyni zamanda, Avropa təsisatları və ölkələrinə yaxından inteqrasiya etmiş bir ölkədir".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol