Kənd Təsərrüfatı Nazirliyi əhaliyə müraciət etdi

İstehlakçıların bazar və marketlərdən aldıqları və keyfiyyətlərinə şübhə ilə yanaşdıqları hər hansı bitki və ya heyvan məşəli məhsulla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (sabit telefondan 1652 qısa nömrəsi) müraciət edə bilərlər.
Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildirilib.
Nazirlikdən həmçinin qeyd edilib ki, KTN-ın tabeliyində olan müvafiq qurumların, istər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, istərsə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarında istənilən bitki və heyvan mənşəli qidanın tərkibi yoxlanıldıqdan sonra, vətəndaşlara analizlərin nəticələri barədə məlumat veriləcək, onları maraqlandıran suallara aydınlıq gətiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























