İlham Əliyev dövlət büdcəsinin icrasını təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
ANN.Az xəbər verir ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının gəlirləri 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiqlənib.
Sərəncama əsasən, 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























