• $
  • €
  • ₽
  • ₺
  • £

Apreldə problemli kreditlərin həcmi 55 mln. manat artıb

Apreldə problemli kreditlərin həcmi 55 mln. manat artıb
13.06.2016 14:03
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin may ayının 1-ə 1 mlrd. 381,3 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, illik müqayisədə 124,7 mln. manat və ya 9,92% çoxdur.
 
Bu ilin mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 mln. manat və ya 4,13% artıb.
 
Hesabat dövründə milli valyutada 9 mlrd. 723,1 mln. manatlıq kredit verilib ki, bunun da 726,2 mln. manatının və ya 7,47%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 9 mlrd. 35,6 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 655,1 mln. manat və ya 7,25% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 52,57%, xarici valyutada isə bu göstərici  47,43% təşkil edir.
 
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,4% təşkil edir. Xatırladaq ki, martda bu göstərici 6,7% olub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol