• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mənzil bazarında qiymətlər sabitləşəcək

Bakının mənzil bazarında qiymətlər sabitləşəcək
13.06.2016 19:09
Bakının mənzil bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb.

Trend-ə istinadən xəbər verir ki, bu sözləri "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sektoru üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11% azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: 

"İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04% (dollarda qiymətlər 0,51% artıb) azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23% (dollarla 1,77% artıb) artıb”.

N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18% dollarda isə 1,72% artıb.

Ən böyük azalma kommersiya obyektləri bazarında olub. Belə ki, qiymətlər manatda 2,15%, dollarda isə 1,62% azalıb.

Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: 

"Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə 3% ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha 2% artacağı istisna olunmur”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol