• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzi küçələrində sıxlıq

Bakının mərkəzi küçələrində sıxlıq
14.06.2016 10:44
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə edilir. 

Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

NİİM sıxlığın yaranma səbəbini bu gün gecə saatlarından başlayaraq Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlə əlaqələndirib.

Belə ki, bu gün gecə saatlarından "Formula-1” yarışı ilə əlaqədar Azadlıq meydanından başlayaraq A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yolayırıclarında avtomobillərin hərəkəti üçün məhdudiyyət tətbiq olunub.

Bunun nəticəsində mərkəzi küçə və prospektlərdə, əsasən, "Formula-1” yarış trekinin ətrafında olan yollarda sıxlıq müşahidə olunur:

"Hazırda Rəşid Behbudov, Dilarə Əliyeva, 28 May, Üzeyir Hacıbəyov, Yüsif Səfərov küçəsində, bundan əlavə, Heydər Əliyev prospektinə digər yollardan giriş hissəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb”,  – mərkəz məlumat yayıb.

Xatırladaq ki, iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində "Formula-1” üzrə Avropa Qran Prisi keçiriləcək

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol