• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Yusifov: Prezident özələşmənin davamını Əmlak Komitəsinə etibar etmədi

Fikrət Yusifov: Prezident özələşmənin davamını Əmlak Komitəsinə etibar etmədi
14.06.2016 20:33
Son 10 ildən artıq vaxt ərzində aparılmış  özəlləşmə Azərbaycan iqtisadiyyatına gözlənilən səmərəni verə bilmədi.
 
Elə bu səbəbdəndir ki, cari ilin may ayının 19-da Prezident Dövlət əmlakının özəlləşdirilməsi prossesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzaladı. Heç şübhə yoxdur ki, ölkə başçısının bu Fərmanı, onun Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsində indiyə qədər olan fəaliyyətinə verdiyi qiymət idi. Fərmanla praktik olaraq Dövlət Əmlak Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi sahəsindəki fəaliyyəti  dayandırıldı. Buna səbəb nədir? Nə üçün dövlət başçısı bundan sonra dövlət əmlakının özəlləşdirilməsi işini bu Komitəyə etibar etmək istəmədi?  Çünkü hökumət dövlət əmlakının özəlləşdirilməsinin iqtisadiyyata ciddi töhvələr verəcəyini gözləyirdi – bu isə baş vermədi, Dövlət Əmlak Komitəsi bu gözləntiləri döğrulda bilmədi. Komitə tərəfindən illər öncə özəlləşdirilən əksər dövlət müəssisələrinin fəaliyyəti bu gün yox dərəcəsindədir. Çünkü Əmlak Komitəsi bu obyektləri özəlləşdirərkən onların sonrakı taleyinin necə olacağının fərqində olmayıb. Elə bu səbəbdəndir ki, hazırda ölkənin müxtəlif bölgələrində özəlləşdirildikdən sonra qapılarına qıfıl vurulmuş onlarla müəssisələrə rast gəlmək mümkündür.
 
Bəs əslində özəlləşdirmə necə aparılmalı idi? Əslində özəlləşdirmə ilk növbədə bu müəssisələrin müəyyən müddətdən sonra yenidən qurularaq fəaliyyətə başlamasını nəzərdə tutmalı idi. Belə olduğu tədqirdə, bir müddətdən sonra fəaliyyətə başlayacaq müəssisələr ölkə iqtisadiyyatına kifayət qədər töhvə verə bilərdi. Ona görə də belə müəssisələri özəlləşdirərkən ilk növbədə onların alıcıları ilə özəlləşdirilən  müəssisələrin fəaliyyətini təmin edən şərtləri nəzərdə tutan konkret müqavilələr imzalanmalı idi. Müqavilələrin tələblərini yerinə yetirməyən, əmlakın yeni sahiblərinə qarşı isə ciddi sanksiyalar - hətta əmlakın alışı üçün ödənilmiş məbləği geri qaytarmadan, onun təkrar özəlləşdirilməyə çıxarılaraq, başqasına satılması kimi sərt şərtlər müəyyənləşdirilməli idi.  Lakin təssüflər olsun ki, dövlət əmlakının özəlləşdirilməsinə və bu zaman ilk növbədə dövlətin hərtərəfli maraqlarını təmin etməyə məsul olan Dövlət Əmlak Komitəsi, son illər  öz fəaliyyətində bu kimi ciddi maraqları qapı arxasında qoydu.
 
Bir sözlə, Komitə və onun rəhbərliyi dövlət əmlakının özəlləşdirilməsində dövlətin maraqlarını lazımınca qorumağa borclu olduğu halda, bu borcu "tamamilə yaddan çıxarıb”, dövlətə məxsus müəssisələri "qalıq dəyəri” ilə onların real bazar dəyərindən dəfələrlə aşağı qiymətə reallaşdırmaqla  həm də dövlət büdcəsinə ciddi zərbə vurdu. Təbii ki, belə davam edə bilməzdi.  Komitə rəhbərliyi belə yarıtmaz fəaliyyətin cavabını bir gün Prezidentin imzaladığı bu etimadsızlıq Fərmanı ilə almalı idi.

Dövlət Əmlak Komitəsinin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ciddi qanun pozuntuları ilə bağlı araşdırmalarımız davam edir. Növbəti açıqlamalarımızda Komitənin dövlət əmlakını özəlləşdirərkən yol verdiyi ağılasığmaz pozuntulardan bəhs edəcəyik.

Fikrət Yusifov 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar 
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol