Paytaxtda bir sıra yollarda sıxlıq yarandı

Bu gün səhər saatlarında Bakı şəhərində bir neçə istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etdiyi məlumata görə, hazırda Ziya Bünaydov prospektində (hər iki istiqamətdə), Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı, paytaxta doğru), habelə Qara Qarayev prospektində ("Koroğlu" metro stansiyası istiqamətində), A.Bakıxanov küçəsində, Koroğlu Rəhimov küçəsində, Yusif Səfərov küçəsi və Binəqədi şosesində avtomobillərin hərəkətində sıxlığı yaranıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























