“Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb

Bakı metrosunun "Neftçilər” stansiyasının keçidlərində aparılan təmir işləri başa çatıb.
Bunu "Report"a "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, "Neftçilər” metro stansiyasının hər iki keçidində təmir işləri artıq yekunlaşıb. Keçidlərin divarlarındakı üzlüklər dəyişdirilib: "Hazırda "Qara Qarayev” metro stansiyasının keçidlərində təmir işləri aparılır. Keçidlərdən birində artıq mərmərlərin düzülməsinə başlanılıb. Digər keçiddə də paralel olaraq təmir işləri davam etdirilir. Təmir zamanı keçidlərdə sərnişinlərin hərəkəti məhdudlaşdırılmayıb".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























