• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Son illər ölkəyə gələn turist sayı 2 milyona çatıb - VİDEO

Nazir: Son illər ölkəyə gələn turist sayı 2 milyona çatıb - VİDEO
18.07.2016 10:00
Bu ilin aprel-may aylarına Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn qonaqların sayı ötən iki ilin birgə göstəricisinə bərabərdir.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS TV-nin "Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib. 

Nazir bu məsələdə əsas rolun Azərbaycan üçün ənənəvi turizm mənbəyi olmayan ölkələrdə təqdim edilən reklamlara məxsus olduğunu bildirib.

Onun sözlərinə görə, son illər görülən işlər nəticəsində Azərbaycana gələn turist sayı bir neçə dəfə artaraq 2 milyon olub.

Həmçinin ölkədə turistləri qəbul etmək üçün mehmanxanalarda yer sayı 11 mindən 38 minə çatıb. Bunun 17 mini Bakının, qalanları isə regionların payına düşür.

"Statistikaya görə, Azərbaycanda turizm sektoru ümumi daxili məhsulun (ÜDM) 4,1%-ni təşkil edir. Neft ölkəsi üçün bu, yetərincə yüksək göstəricidir”, - deyə Əbülfəs Qarayev vurğulayıb.


Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol