• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əliyev: "SOCAR Türkiyədə investisiyaya davam edəcək"

Vaqif Əliyev: "SOCAR Türkiyədə investisiyaya davam edəcək"
21.07.2016 14:25
"SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz ümumi dəyəri 18 mlrd. dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələrimiz tərəddüdsüz və fasiləsiz bütün sürəti ilə davam edəcək".

"Report" xəbər verir ki, bunu "Anadolu" Agentliyinə müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiye"nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin "Türkiyədəki investisiya mühitini pozacağı" yönündəki iddialara qatılmayan və gələcəyə yönəlmiş planlardan danışan V.Əliyev qeyd edib ki, ötən həftə sonu baş verən çevriliş cəhdi və insanların həyatını itirməsi onu dərindən kədərləndirib.

V.Əliyev FETÖ-nün çevriliş cəhdindən sonra Türkiyə Cümhuriyyəti hökuməti və millətinin demokratik vəziyyəti və insanların həyatını qorumaq üçün iradəsini var gücü ilə ortaya qoyduğunu qeyd edib.

O, SOCAR-ın Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyinə diqqət çəkib. "Türkiyə bizim evimiz, vətənimizdir. SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz ümumi dəyəri 18 mlrd. dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələrimiz tərəddüdsüz və fasiləsiz bütün sürəti ilə davam edəcək" -, deyə SOCAR rəsmisi əlavə edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol