• $
  • €
  • ₽
  • ₺
  • £

Bu benzindən istifadə etməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ+VİDEO

Bu benzindən istifadə etməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ+VİDEO
24.10.2016 22:47
Hazırda ölkəmizdə "Avro-4" standartına cavab verən avtomobillərin əksəriyyəti "Aİ-92" markalı benzin ilə idarə olunur. Avtomobil üzrə ekspert Elçin Abbasov bunu təhlükəli hesab edir. O, iddia edir ki, "Avro 4" standartına cavab verən heç bir avtomobilə Azərbaycanda satılan "Aİ-92" markalı benzini tökmək olmaz. Çünki bu zaman avtomobilin mühərriki tez sıradan çıxa bilər.

Avtomobil üzrə ekspert Elçin Abbasov bildirir ki, dünya standartından fərqli olaraq, Azərbaycanda satılan "Aİ 92" markalı benzinin tərkibində kükürd çoxdur. Onun sözlərinə görə, belə kükürd yanma zamanı qətrana çevrilir və zamanla avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb olur.

Ekspert deyir ki, hətta zavod tərəfindən avtomobilə "Aİ-92" markalı benzin tökmək tövsiyyə edilsə belə, sürücülərin bu benzindən istifadə etmələri məqsədəuyğun deyil.

Bu benzindən istifadə edəndən sonra avtomobildə müəyyən problemlərin ortaya çıxdığını sürücülər də təsdiqləyirlər.

ANN.Az xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın Neft Emalı zavodunun direktor müavini Rasim İbrahimov "Xəzər Xəbər" ə bildirdi ki, hazırda Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzin ancaq "Avro 2" standartına uyğundur. Ona görə də "Avro 4" standartındakı avtomobillər "premium" benzindən istifadə etməlidirlər. Ancaq Azərbaycan gələcəkdə "avro 5" standartına cavab verən benzin istehsal etməyi planlaşdırır. Bu, Qaradağda yerləşən Neft-kimya kompleksinin yenidənqurmadan sonra fəaliyyətə başlaması ilə mümkün olacaq. Bu isə 2020-ci ilə nəzərdə tutulub.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol