• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda lüks avtomobillərin günlük icarəsi – QİYMƏT + VİDEO

Bakıda lüks avtomobillərin günlük icarəsi – QİYMƏT + VİDEO
25.10.2016 10:21
"Rolls-Royce” 2 min manat, "Ferrari” 1500 manat, "Galenvagen” 1000 manat və sair. Əslində rəqəmləri düz eşitdiniz. Amma bu, onların sadəcə bir günlük icarə haqqıdır. Bu cür lüks avtomobillərin özü kimi, elə bir günlük icarə qiymətləri də göz qamaşdırır.

ANN.Az Xəzət TV-yə istinadən xəbər verir ki, avtomobil icarəsi sahəsində çalışan Kamran Rzazadə deyir ki, avtomobilin dəyərindən, istehsal ilindən asılı olaraq, bu qiymətlər, hətta daha yüksək ola bilər.

Qiymətləri isə şirkətlər özləri müəyyənləşdirir. Doğrudur, ümumi bir düstur var. Avtomobilin mövcud dəyəri 3 ilin aylarının sayına bölünür və günlük kirayə haqqı çıxarılır. Məsələn, əgər avtomobilin dəyəri 150 min manatdırsa, onun bölürük 36-ya. Bir günü təxminən 4 min manata düşür. Avtomobilin dəyəri isə modelinə və istehsal müddətinə görə dəyişir. Amma bu da şablon qiymət deyil, qiymətin artmasına, yaxud azalmasına təsir edən məqamlar var.

Bu faktorlar avtomobilin icarə qiymətinə, adətən, 400-500 manat təsir edir.

Əgər sürücü avtomobili bir gün yox, bir neçə günlük istəyirsə və şəhər daxilində sürəcəksə, ona müəyyən güzəştlər ola bilər.

Lüks avtomobillərin icarəyə verilməsinin şərtləri nisbətən ucuz avtomobillərlə müqayisədə ağırdır. Belə ki, şirkətlər onu sürücünün özünün idarə etməsinə elə də müsbət yanaşmır. Çünki bu avtomobillərin detalları da çox bahadır.

Bu sahədə çalışanların sözlərinə görə, lüks avtomobil müştərilərinin çoxu məhz qısa müddətə və özləri idarə etmək üçün onlara müraciət edir. Bu zaman isə onların sürücülük keyfiyyətləri və təcrübəsi hökmən nəzərə alınır.
 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol