• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın daha iki küçəsi yeni görkəmdə FOTO/VİDEO

Paytaxtın daha iki küçəsi yeni görkəmdə  FOTO/VİDEO
11.01.2017 11:43
Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində "Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.
 
ASC-dən ANN.Az-a verilən məlumata görə, təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalayacaq.

Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min kv.m-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Həmçinin küçənin təmir olunan hissəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 poqon-metr yeni səki daşları düzülüb.

Binəqədi rayonu Cəfər Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burada da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunub, mövcud piyada səkiləri isə bərpa edilib. Ümumilikdə küçənin sözügedən hissəsində 5500 kv.m sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə 700 poqon-metr yeni səki daşları düzülüb.

Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Növbəti mərhələdə son olaraq küçənin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol