• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırıb

“Nar” baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırıb
05.07.2017 17:02
2017-ci ilin ilk yarısında "Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirib. Abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün bu ilin yanvar ayından etibarən, Bakı, Lənkəran, Qəbələ, Şəki, Şəmkir, Şamaxı, Kürdəmir, Biləsuvar və digər bölgələrdə 165 sayda yeni 3G, Abşeron yarımadasında isə 213 ədəd 4G (LTE) baza stansiyası quraşdırılıb. Beləliklə, "Nar” 794 ədəd 4G baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, "Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq "Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi planlaşdırır.

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol