• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank sahibkarlar üçün yeni kart hazırladı

Unibank sahibkarlar üçün yeni kart hazırladı
24.08.2017 14:50
Unibank biznes sahiblərinə dəstək məqsədi ilə Albalı Biznes Kartını təqdim edir. Albalı Biznes Kartı mağazalarla distributor şirkətlər arasında ticarətin daha rahat və təhlükəsiz aparılmasına, operativliyin təmin olunmasına, dövriyyənin artırılmasına imkan yaradan, debet və kredit funksiyalarını özündə birləşdirən çox sərfəli bank kartıdır.

Albalı Biznes Kartının unikal üstünlüklərə malik olması və Unibank Business Mobile əlavəsinə qoşulmaq imkanı, günün istənilən vaxtı mağaza sahibinin və distributorun əməliyyatlar aparmasını və hesablarına nəzarət etməsini mümkün edir.

Albalı Biznes Kartı həm mağaza sahibləri, həm də distributor şirkətlərinə bir çox üstünlüklər verir:

Kart sahibləri üçün üstünlüklər:

• Güzəştli (faizsiz) kredit xətti imkanı;

• Günün istənilən saatı, istənilən yerdə distributorlara ödənişlərin əlavə sənədsiz və komissiyasız köçürülməsi;

• Ödənişdən dərhal sonra mağaza sahibi və ekspeditorun məlumatlandırılması;

• Unibank Business Mobile və İnternet bank xidmətinə qoşulmaqla ödənişlərə 24/7 nəzarət etmək imkanı;

• Büdcə ödənişlərini (DSMF/Vergi/Gömrük və digər) Albalı Biznes Kartdan Unibank Business Mobile vasitəsi ilə etməyin mümkünlüyü;

• Unibank-ın istənilən filialından, cash-inindən, E-manat ödəmə terminallarından karta şəxsi vəsaitin mədaxil imkanı;

• Mağaza sahibinin ödəmələri haqqında tarixçənin Unibank Business Mobile- də avtomatik formalaşması.

Distributor şirkətləri üçün üstünlüklər:

• Nağd pulların idarə edilməsi riskindən azad olma;

• Bank tərəfindən mağazalara verilən kredit xətti hesabına dövriyyənin artırılması və xərclərin optimallaşdırılması;

• Şəffaf Hesabat;

• Hesaba pulun anında daxil olması.

Ticarət obyekti sahibi bankın istənilən filialına cəmi bir dəfə gəlməklə Albalı Biznes kartını pulsuz ala bilər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

Albalı Biznes - Ticarətin asan yolu!

Unibank-Biznesinizə daimi dəstək!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol