• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada urbanizasiyanın yaratdığı çətinliklər Bakıda müzakirə olunub

Dünyada urbanizasiyanın yaratdığı çətinliklər Bakıda müzakirə olunub
13.09.2017 15:22
2050-ci illərdə gözlənilir ki, bugünkü 54% nisbətən, əhalinin üçdə iki hissədən çoxu şəhərlərdə yaşayacaq. Baxmayaraq ki, mütəşəkkil və səmərəlişəhərlərin bir çox faydaları olsa da, biz bu sürətli, çox vaxt planlaşdırılmamış urbanizasiyanın dərin sosial sabitlik riskləri, tənqidi infrastruktur riskləri, potensial su böhranları və xəstəliyin dağıdıcı yayılması potensialı ilə nəticələnə biləcəyini bilməliyik.

Bir çox ölkələr üçün böyük problemə çevrilən urbanizasiyanın həlli üçün konkret tədbirlər planları hazırlanmalıdır. Bu fikir oikos Bakı tərəfindən "Dayanıqlı Urbanizasiyada Liderlik" mövsuzunda təşkil olunan beynəlxalq Mərkəzi və Şərqi Avropa Regional Görüşündə səslənib. 7-10 sentyabr tarixlərində Bakıda keçirilən 4 günlük tədbir yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, seminarlarda 20 beynəlxalq, 30 yerli nümayəndə iştirak etdi.

Görüşün birinci gününün ən yadda qalan hissəsi "Dünya və İnsan” adlı teatr tamaşası oldu. Urbanizasiyanın yaratdığı çətinliklər isə "Green Baku”-un təsisçisi Samir Qədirov və "Green Building Council, Azerbaijan”-ın baş icraçı direktoru Fuad Bağırov və Ernst&Young Azərbaycan şirkətinin nümayəndisi Orxan Rəcəbov və Zülala Abdulazizova tərəfindənmaraqlı məruzələrdə vurğulandı.

Sonrakı gün Fuad Bağırov, PİLLƏ təşkilatının təsisçilərindən Müslüm İmranlı və ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən "Urban planning” və "Divided Cities” mövzusunda panel diskussiyalar isə daha çox problemin həlli yollarına aydınlıq gətirdi.

Tədbirin sonuncu günü Mərkəzi və Şərqi Avropa Regional Görüşü iştirakçıları Azərsun Holdinqin Kağızın Yenidən Emal fabrikində iş prosesi ilə tanış oldular.

Qeyd edək ki, oikos təşkilatı dayanıqlı inkişaf konsepsiyasını irəli sürən ən önəmli beynəlxalq tələbə təşkilatlarından biridir. Təşkilatın 21-dən cox ölkədə 40-a yaxın yerli şöbələri fəaliyyət göstərir. oikos beynəlxalq birliyinin 1000 tələbə və 3000-dən çox məzun olmuş şəxslərdən ibarət professional komandası mövcuddur və bu komandanın təsir əhatəsi 50000 tələbə və gənci əhatə edir.

oikos davamlı dəyişiklik faktorunun təşviqi üçün aparıcı istinad nöqtəsidir. oikos Baku təşkilatı da bu məqsədlə yaranan təşkilatlardan biridir və məqsədi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyi və sosial tərəqqi mövuzları altında gəncləri bir araya toplamaq, interaktiv mərkəzlər yaratmaq, sosial-ictimai tədbirlər, kiçik sahibkarlıq layihələri, biznes və innovativ yeniliklər üzrə proqramlar formalaşdırmaq və tədris proqramları həyata keçirməkdir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol