Azərbaycan Türkiyəyə traktor tədarük edəcək

Azərbaycan və Belarus Türkiyəyə traktorlar tədarük edəcək.
Trend-in məlumatına görə, bunu "Minsk traktor zavodu” ASC-nin baş direktoru Fyodor Domotenko deyib.
Onun sözlərinə görə, zavod Gəncə Avtomobil Zavodu ilə Azərbaycana traktor tədarükü barədə yeni müqavilə, eləcə də Türkiyə bazarına birgə çıxış barədə protokol imzalayıb: "Bu məqsədlə bizim tərəfdaşlarımız beş milyon dollar dəyərində maliyyə vəsaiti ayıracaq. Yeni texnika Azərbaycandan tədarük olunacaq”.
Öz növbəsində Gəncə Avtomobil Zavodunun Müşahidə şurasının sədri Xanlar Fətiyev deyib ki, bu, iki ölkənin Türkiyədə birgə məhsulu olacaq: "Biz üç il ərzində 2,3-3 min traktor satışına nail olmağa ümid edirik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər

İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Son xəbərlər 
Daha çox 




















