Almaniyadakı siyasi qeyri-müəyyənlik avronu ucuzlaşdırır

Avronnun ucuzlaşması prosesi ilin sonuna qədər davam edəcək.
Qlobal maliyyə bazarında avro əsas valyutalarla müqayisədə ucuzlaşmağa başlayıb.
"Report" xəbər verir ki, buna səbəb Almaniyada kansler Angela Merkelin koalisiya hökuməti yaratmaq cəhdlərinin uğursuzluqla nəticələnməsi olub.
Qeyd edək ki, Merkelin rəhbərlik etdiyi mühafizəkarların mövqeyi sentyabr ayında keçirilmiş seçkilərdə zəifləyib. Bu gün Angela Merkel Almaniya prezidentinə koalisiya hökuməti qura bilməməsi barədə məlumat verib. Belə ki, bu gün Merkel Azad Demokrat Partiyasi ilə koalisiya danışıqlarında rədd cavabı alıb. Bu da o deməkdir ki, Merkelin partiyası koalisiya hökumətini formalaşdıra bilməsə, ölkə yeni seçkilərə gedəcək.
Bu xəbər avronun dollarla müqayisədə məzənnəsinin 1,18 USD/EUR səviyyəsindən 1,1725 USD/EUR-a qədər endikdən sonra, hazırda 1,1740 USD/EUR-a yüksəlib. Yaponiya yeni ilə müqayisədə isə avro 133,2-dən 131,3-a qədər geriləyib.
"Report"un analitik qrupu avroda ucuzlaşmanın ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər

İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur

İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur




















